Peskov: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin Ukraynaya silah tədarükünü bərpa etməsi ilə bağlı açıqlama verib. O bildirib ki, tədarüklərin dayandırılması ilə bağlı heç bir rəsmi bəyanat olmayıb, ona görə də proses davam edir.

ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsləri ilə bu addımın uyğunluğu barədə suala Peskov konkret cavab verməyib.

Reuters-in məlumatına görə, Vaşinqton eskalasiya qorxusuna görə silah tədarükünü müvəqqəti yavaşladıb, lakin artıq bərpa edib. Ekspert Konstantin Bloxin hesab edir ki, Tramp bu yolla Rusiyanı danışıqlara məcbur etməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31