Tramp Ukraynaya silah tədarükünü dayandırıb və sonra bərpa edib – ÖZƏL
4 Fevral 13:04 DünyaSon günlərdə ABŞ-ın Ukraynaya silah tədarükü qısamüddətli dayandırılsa da, həftəsonu yenidən bərpa olunub. Olaylar.az xəbər verir ki, Reuters-in məlumatına görə, bu qərar Tramp administrasiyasının Kiyevə qarşı siyasətini müzakirə etdiyi bir vaxtda qəbul edilib.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev əvvəlcə Ukraynaya bütün yardımları dayandırmağı planlaşdırsa da, sonradan bu qərarından geri çəkilib. Administrasiya daxilində ABŞ-ın Ukraynaya hərbi yardımı nə dərəcədə davam etdirməli olduğu ilə bağlı fikir ayrılıqları mövcuddur.
Vaşinqton Post-un məlumatına görə, Tramp Ukraynaya silah tədarükünü dondurmaq barədə sərəncam imzalayıb. Bu sərəncam, həmçinin digər ölkələrə ABŞ yardımını 90 günlük müddətə dayandırır. Dövlət Departamentinin açıqlamasına əsasən, qərar əsasən USAID-in humanitar və inkişaf proqramlarına təsir edir. ABŞ Müdafiə Nazirliyi isə bildirib ki, bu məhdudiyyətlər hərbi yardıma şamil edilmir.
Ukrayna Prezidenti Volodimir Zelenski də Trampın sərəncamının yalnız humanitar proqramlara aid olduğunu və hərbi yardıma təsir etmədiyini bildirib. Lakin Tramp administrasiyasının bu dayandırmanı rəsmi şəkildə qəbul edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir.
Dövlət Departamentinin məlumatına görə, ABŞ 2025-ci ilin əvvəlinə qədər Ukraynaya 66 milyard dollar hərbi yardım göstərib, 2014-cü ildən bəri isə bu rəqəm 70 milyard dollara çatıb. Zelenski isə Ukraynanın aldığı hərbi yardımın ümumi məbləğini 76 milyard dollar olaraq qiymətləndirib.
Tramp isə 200 milyard dollar dəyərində silah tədarükünü elan edib və Ukrayna hakimiyyəti ilə nadir yeraltı elementlər müqabilində ABŞ yardımının davam etdirilməsinə dair saziş imzalamağa hazırlaşdığını bildirib.