Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək
4 Fevral 2025 11:04 DünyaMeksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.
Olaylar.Az xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.
"Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır", - Prezident bildirib.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31