İran yeni “Etemad” ballistik raketini təqdim edib - ÖZƏL

İran prezidenti Məsud Pezeşkianın Müdafiə Nazirliyinin raket sərgisinə səfəri zamanı özünün yeni orta mənzilli ballistik raketi (MRBM) Etemad-ı rəsmən təqdim edib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb .

Maye yanacaqla işləyən raketin maksimal uçuş məsafəsi 1700 kilometrdir. 16 metrlik məhsulun yüksək dəqiqliyə malik döyüş başlığı aldığı qeyd edilir.

Fevralın əvvəlində İran özünün son qanadlı raketi olan Qədr-380-in sınaqdan keçirildiyi videonu nümayiş etdirmişdi . Raketin daşınması və buraxılması üçün mülki mikroavtobuslar kimi maskalanan qurğulardan istifadə etmək mümkündür. Məhsulun elan edilmiş diapazonu min kilometrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31