Seçkilərdə qələbəsi təsdiqləndi
16:44 DünyaBelarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun yanvarın 26-da keçirilən prezident seçkilərində qələbəsini təsdiq edib.
Olaylar.az xəbər verir ki, Belarus MSK bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, ölkənin hazırkı lideri A.Lukaşenko seçkilərdə 86,82 faiz (5,1 milyon səs) səslə qalib gəlib.
Bununla yanaşı, seçkidə iştirak edən Sergey Sırankov 3,21%, Oleq Qaydukeviç 2,02%, Anna Kanopatskaya 1,86%, Aleksandr Xijnyak isə 1,74% səs toplayıb.
Xatırladaq ki, seçki başa çatdıqdan sonra Belarus MSK ilkin nəticələrə əsasən, Lukaşenkonun 86,82 faiz səslə qalib gəldiyini açıqlamışdı. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31