16 yaşlı qız 3-cü dəfə ana oldu
09:43 DünyaUkraynada 16 yaşlı qadın üçüncü övladını dünyaya gətirib.
Bu faktı Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərinin təcili tibbi yardım stansiyasının rəhbəri Larisa Bydantseva mediaya təsdiqləyib.
"Bu qız başqa dövlətin vətəndaşıdır, 16 yaşı var. Vəzifəmiz təcili yardım maşınında uşaq dünyaya gətirmək idi, doğuş çox sürətli oldu".
Doğuşda olan qadının Macarıstan vətəndaşı olduğu məlum olub.
Tibb mütəxəssislərinin fikrincə, o, ilk övladını 12 yaşında dünyaya gətirib. /Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31