Qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" tapıldı
14:22 DünyaMüstəntiqlər Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterdən bütün uçuş qeydlərini (qara qutular) çaydan çıxarıblar.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) üzvü Todd İnman mətbuat konfransında məlumat verib.
"Ötən gecə biz CRJ-dən (təyyarə - red.) iki ayrı uçuş qeydi çıxardıq. Biri uçuş məlumatlarını qeyd edən cihaz idi və yaxşı deyə biləcəyimiz vəziyyətdə idi", - deyə o bildirib.
İnmanın sözlərinə görə, ikinci qeyd cihazı pilotların söhbətini yazırmış, lakin onun içinə su dolub.
NTSB nümayəndəsinin qeyd etdiyi kimi, helikopterin uçuş qeydləri birləşdirilib və müstəntiqlər əmindirlər ki, onlardan da bütün lazımi məlumatları əldə edə biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31