Məşhur blogger dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq
13:59 DünyaMəşhur italyan moda bloggeri Chiara Ferragni dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Reuters yazır.
Bloqqer Milad tortları və Pasxa yumurtalarını reklam edərkən izləyicilərini aldatmaqda ittiham olunur. Məqalədə qeyd edildiyi kimi, Ferraqni bu məhsulların satışından əldə edilən gəlirin bir hissəsinin uşaq xəstəxanasına və uşaq xeyriyyə təşkilatına veriləcəyini iddia etsə də, əslində bu baş verməyib.
Məhkəmənin sentyabrın 23-də başlaması nəzərdə tutulub. Eyni zamanda bloqqerin özü də prokurorun iş üzrə məhkəmə baxışına başlamaq qərarını ədalətsiz adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31