Məşhur rusiyalı bloqqer ABŞ-da onu təəccübləndirən hadisədən danışıb

Tanınmış rusiyalı bloqqer və sahibkar Andrey Tretyakov ABŞ -da yoxsul mühacir ailəsi ilə görüşdə təəccübündən danışıb. 

Olaylar.az xəbər verir ki, o, bu hadisəni aktyor və teleaparıcı Andrey Boçarovla söhbəti zamanı xatırladıb .

Biznesmenin sözlərinə görə, Nyu-Yorka səfəri zamanı o, 7 il əvvəl ABŞ-a köçmüş ailə ilə görüşüb. Tretyakov Amerikanı zəngin ölkə hesab etdiyini və bu ailənin rahat yaşayacağını gözlədiyini açıqlayıb.

"Onlar isə kasıbdır, acdırlar və menyudan ən ucuz yeməyi seçirlər. Və məlum oldu ki, onlardan altısı bir otaqlı mənzildə yaşayır".

Bloqqer onu da bildirib ki, əvvəllər Qərb ölkələrinə səfər edərkən onları daha inkişaf etmiş hesab edirdi, lakin sonradan fikri dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31