Tramp və Netanyahu bu tarixdə görüşəcək

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və İsrailin Paş naziri Benyamin Netanyahu arasında fevralın 4-də görüşün baş tutacağını təsdiqləyib.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat yayıb.

"Baş nazir Netanyahunun fevralın 4-də işgüzar səfər və prezidentlə görüş üçün burada olacağını təsdiq edə bilərəm", - Ağ Ev nümayəndəsi vurğulayıb. /APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31