“Türk axını” ilə Rusiya qazının tədarükü maksimuma çatır

2025-ci ilin yanvarında "Türk axını" boru kəməri ilə Rusiya təbii qazının gündəlik tədarükü tarixi maksimuma çatıb və 50 milyon kubmetr həddini keçib. 

Olaylar.az bu barədə Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına istinadən xəbər verir.

İlin ilk ayı ərzində bu marşrut üzrə "Qazprom" enerji holdinqi tərəfindən gündəlik yanacaq tədarükünün həcmi illik müqayisədə 26,8 faiz və ya 10,7 milyon kubmetr artıb. Əgər 2024-cü ilin əvvəlində bu rəqəm 39,9 milyon kubmetr idisə, 12 aydan sonra 50,6 milyona çatıb. Aylıq ifadədə isə gündəlik tədarüklər iki faiz artıb.

İlkin hesablamalara görə, 2025-ci ilin yanvarında "Türk axını" ilə ümumi yanacaq ixracı bir il əvvəlki 1,24 milyard ilə müqayisədə təxminən 1,57 milyard kubmetr təşkil edib. Beləliklə, 12 ay ərzində bu marşrutla Rusiya qazının tədarükü təxminən 330 milyon kubmetr artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31