Rusiyaya pis xəbər: Plan fiaskoya uğradı, iflas anonsu verildi, 3 ay sonra…
20:52 DünyaUkrayna Prezidenti Volodimir Zelenskinin Slovakiyanın Baş naziri Robert Fitso ilə baş tutmayan görüşünün protokollarını paylaşması diplomatik qalmaqala səbəb olub. Bir çox siyasətçilər Ukrayna liderinin bu addımını ciddi şəkildə tənqid ediblər. Həmin şəxslərin fikrincə, sözügedən protokollardan Zelenski və onu dəstəkləyənlərin çıxılmaz vəziyyətdə olduqları görünür.
Bəzi ekspertlər hesab edir ki, 3 ilə yaxındır davam edən müharibə həm Ukrayna, həm də Rusiyanı çətin vəziyyətə salıb. İki ölkənin də rəhbərliklərinin siyasəti fiaskoya uğrayıb.
Mövcud vəziyyətdə hansı tərəf uzunmüddətli müharibəyə daha yaxşı davam gətirmiş kimi görünür? Mümkün sülh Kiyevin, yoxsa Moskvanın qələbəsi sayılacaq?
Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, cəbhədə həm əsgər, həm də texnika cəhətdən üstünlük Rusiya ordusundadır:
"Rus ordusu üstünlüyü müəyyən hərbi uğurlara çevirməyi bacarır. Lakin döyüş meydanında qazanılan uğurlar isə intensiv deyil, kiçik addımlarla müşayət olunur. Rusiya hər gün Donbasda bir neçə kəndə, yaşayış məskənlərinə nəzarəti ələ keçirə bilir. Ona rəğmən 2022-ci ildən indiyə qədər Rusiya Donetsk və Luqanskın inzibati sərhədlərinə hələ də çata bilməyib. Bu isə Moskvanın böyük hay-küy saldığı müharibənin sürət həcmidir. Ukrayna Silahlı Qüvvələri dirəniş göstərir, nəticədə rus ordusu hər gün böyük itkilərlə üzləşir ki, bu da onu zəiflədir.
Sonrakı müddətdə döyüşlərdə vəziyyətin necə olması Kiyevi dəstəkləyən qüvvələrin davranışı, edəcəyi yardımların miqyası və səviyyəsindən asılıdır. Ukraynanın bu günkü vəziyyətinin əsas səbəbkarları da elə həmin havadarlardır. Vaxtında rəsmi Kiyev lazım olan texnikalarla təchiz edilsəydi, indi fərqli situasiyanın şahidi olardıq. Hər iki tərəf üçün vəziyyət böhran səviyyəsindədir".
Politoloq Elçin Xalidbəyli isə bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Şərqi Avropa ölkələrinə qarşı qıcıq, aqressiv münasibəti var:
"Zelenski Macarıstana münasibətdə çox sərt açıqlamalar verir. Hətta bu açıqlamalar ittiham məzmunu daşıyır. Əsas səbəblər isə ondan ibarətdir ki, bəzi Şərqi Avropa ölkələri Ukraynanın mövqeyi ilə razılaşmırlar. Savaşın ən qısa zamanda dayandırılmasının tərəfdarıdırlar. Rəsmi Kiyev həmin ölkələrin mövqeyini Rusiyaya dəstək kimi qiymətləndirir. Bu səbəbdən ciddi fikir ayrılıqları, ziddiyyətlər mövcuddur. Əsas gərginliyin yaranmasında Ukraynanın öz ərazisindən Rusiya təbii qazının Avropaya nəqlinə icazə verməməsi ilə bağlıdır. Bu da Avropada ciddi problemlərin yaranmasına səbəb olub. Şərqi Avropa ölkələri də Kiyevin qərarına etiraz edirlər".
Politoloqun sözlərinə görə, Rusiya və Ukrayna hazırda ağır vəziyyətdədirlər:
"Hər iki ölkə iflasla üz-üzədir. Hazırda Ukrayna bir dövlət kimi dağıdılmış vəziyyətdədir. İnfrastruktur çökdürülüb, milyonlarla insan Ukraynanı tərk edib, səfərbərlik üçün imkanları məhdudlaşdırılıb. Ukraynanın savaş potensialı və imkanları ABŞ və Qərbdən asılıdır. Onlardan dəstək kəsilərsə, ən çoxu iki-üç ay dirənə biləcəyi ehtimal olunur. Rusiyanın da vəziyyəti olduqca ağırdır. Əgər savaş bir neçə ay da davam edərsə, ölkə iqtisadiyyatının tamamilə çökmə ehtimalı var. Qərbdəki analitik təhlil mərkəzlərinin hesablamalarına görə, Rusiya qısa müddətdə Ukrayna savaşından çıxmağı bacarmazsa, təxminən iki il sonra dövlət kimi mövcudluğu təhlükə altında qala bilər. Qərbin iddiaları həqiqətə yaxındır".