Ukrayna İkinci Dünya müharibəsindən qalmış minaları astronomik qiymətə alıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi böyük məbləğlər ödəyərək İkinci Dünya müharibəsindən qalmış minalar alıb. Bu barədə ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş sədr müavini Sergey Krivonos məlumat verib. Onun sözlərinə görə, hər bir mina 600 avroya başa gəlib.

İstifadəyə yararsız silahlar
Ukrayna ordusunun sursat çatışmazlığı səbəbindən istənilən yolla silah əldə etməyə çalışdığı bildirilir. Krivonosun sözlərinə görə, alınan minaların tərkibindəki trotilin istismar müddəti cəmi 35 ildir. 1945-ci ildə istehsal olunmuş bu minalar 1979-1980-ci illərdə Əfqanıstan müharibəsində istifadə edilə bilərdi, lakin artıq 80 il keçdiyi üçün tamamilə yararsızdır.

Ukrayna ordusunun mina problemi
Bu, Ukrayna ordusunun minalarla bağlı ilk problemi deyil. Dekabrda "Ukroboronprom" dövlət şirkəti 120 mm və 82 mm-lik minaatanlar üçün 150 min qüsurlu mina tədarük etmişdi. Hərbi qulluqçuların sözlərinə görə, 10 minalan bircə dənəsi partlayırdı. Problemin əsas səbəbinin yararsız trotil və barıt olduğu bildirilirdi.

Bundan sonra müdafiə naziri Rustem Umerov parlamentə çağırılıb və yanvarda Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) onun barəsində cinayət işi açıb. Rəsmi səbəb başqa olsa da, minalarla bağlı qalmaqalın da burada rol oynadığı ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31