ABŞ Çinlə mübahisəli bölgədə hərbi varlığını gücləndirəcək - ÖZƏL
16:31 DünyaABŞ-ın yeni müdafiə naziri Pit Heqset yaponiyalı həmkarı Gen Nakatani ilə telefon danışığında Çinin mübahisə etdiyi Senkaku adalarında (Çin adı: Diaoyu) əməkdaşlığı genişləndirmək və hərbi varlıq yaratmaq barədə razılığa gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb .
"Hegseth, həmçinin müdafiə naziri general Nakataniyə təsdiqlədi ki, ABŞ- Yaponiya müdafiə müqaviləsi Şərqi Çin dənizində Yaponiyanın nəzarətində olan, lakin Çinin iddia etdiyi bir qrup insan yaşamayan adalara şamil edilir", - agentliyin hesabatında qeyd edilir.
Əlavə olaraq qeyd olunub ki, müdafiə nazirliklərinin rəhbərləri Tokio və Vaşinqton arasında hərbi ittifaqın hazırkı vəziyyətini müzakirə edərək , onu gücləndirmək barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31