Rusiya BMT-yə Kursk vilayətindəki vəhşiliklərlə bağlı məlumat təqdim edəcək – ÖZƏL
15:50 DünyaRusiyanın BMT yanında Cenevrədəki daimi nümayəndəliyi Kursk vilayətinin Rus Poreçnoye kəndində Ukrayna Silahlı Qüvvələrinin (USQ) törətdiyi vəhşiliklər barədə məlumatları BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına (OHCHR) təqdim edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə diplomatik missiyanın mətbuat xidməti məlumat verib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirmişdi ki, hərbi istintaq orqanları Kursk vilayətinin Rus Poreçnoye kəndində qətl və zorlamalarda iştirak edən beş Ukrayna hərbçisini müəyyən edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31