"Sərt tədbir görülməsə, daha şiddətli hadisələr olar”

Tehranın "Azadi" stadionunda baş verənlər və təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir.

Olaylar.az bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Təbrizin "Traktor" və Tehranın "Persopolis" futbol komandalarının oyununda baş verənlərə münasibət bildirərkən deyib.

Azərbaycan dilində çıxışı zamanı Pezeşkian məsələnin araşdırılması və tədbir görülməsi məsələsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.

"Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər", - İran prezidenti qeyd edib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31