Trampın namizədləri və ABŞ-də qalmaqal– ÖZƏL
13:36 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Senatında Trampın namizədləri-Tülsi Qabbard (Milli Kəşfiyyatın rəhbəri) və Kəş Patel (FBI direktoru)-haqqında dinləmələr gərgin müzakirələrə səbəb olub. Hər iki namizəd Ukraynaya skeptik yanaşır. Patel Kiyevə ayrılan vəsaitlərin necə xərcləndiyini araşdırmaq istəyir, Qabbard isə Ukrayna münaqişəsi ilə bağlı fikirlərinə görə "Mirotvorets" bazasına salınıb.
Patel Tramp administrasiyasına sədaqətli olması ilə tanınır. O, 2020-ci il seçkilərində saxtakarlıq iddialarını dəstəkləyib və ABŞ-nin Ukraynaya yardımlarını araşdırmağı vəd edib. Onun FBI rəhbəri olacağı təqdirdə təşkilatda ciddi islahatlar aparacağı gözlənilir.
Qabbard öz çıxışında onu "Putinin və Trampın kuklası" adlandıran tənqidçilərə sərt cavab verib. O, ABŞ kəşfiyyatının fəaliyyətini tənqid edir, NATO-nun genişlənməsi ilə bağlı Rusiya mövqeyinə uyğun fikirlər səsləndirir və ABŞ-nin Ukraynada biolaboratoriyalar saxladığını iddia edir.
Qabbard və Patel kimi namizədlər Vaşinqton elitası üçün ciddi narahatlıq yaradır. Onların təsdiqi hələlik qeyri-müəyyəndir, lakin Tramp komandası xüsusi xidmət orqanlarında geniş islahatlar aparmağa qərarlıdır.