Tramp: “ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər” – ÖZƏL

ABŞ hökuməti Çindən gətirilən mallara yeni idxal rüsumları tətbiq etməyi planlaşdırır. Bu addımın səbəbi kimi, Çindən ABŞ-ə fentanil tədarük edilməsi göstərilir.

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərlə söhbətində bildirib ki, rüsumların konkret həcmi hələ müzakirə olunur.

"Çinlə bağlı da müəyyən addımlar atmağı düşünürəm, çünki onlar fentanili ölkəmizə göndərirlər. Bunun nəticəsində yüz minlərlə insan həyatını itirir. Buna görə Çin sonda bunun əvəzini rüsumlarla ödəyəcək və biz hazırda bu proses üzərində işləyirik", - deyə Tramp vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31