Rusiya Ukraynada genişmiqyaslı raket hücumları həyata keçirib– ÖZƏL
31 Yanvar 2025 12:18 DünyaOlaylar.az xəbər verir ki, Yanvarın son günündə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrində genişmiqyaslı hücumlar həyata keçirib. Zərbələr Xmelnitski, Dnepropetrovsk, Odessa və Poltava da daxil olmaqla bir neçə vilayəti əhatə edib. Poltavada yerləşən hərbi aerodrom və Kremençuqdakı hərbi texnika zavodu məhv edilib.
Odessanın Çernomorsk şəhərində NATO ölkələrindən gələn hərbi yüklərin qəbul edildiyi limana ağır raket zərbələri endirilib. Məlumata görə, Ukrayna ordusuna məxsus logistika mərkəzi də hədəfə alınıb. Belqorod-Dnestrovsk limanında isə böyük hərbi sursat anbarları dağıdılıb.
Ukrayna mənbələri hücumların ciddi dağıntılara səbəb olduğunu bildirir. Eyni zamanda, Rusiya və Ukrayna arasında döyüşlərin intensivliyi artır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31