Kreml: Putin və Tramp arasında hələ də əlaqə olmayıb – ÖZƏL
31 Yanvar 2025 11:35 DünyaRusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında hələ heç bir əlaqə baş tutmayıb.
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Trampın Vaşinqtonda baş vermiş təyyarə qəzası ilə bağlı Putinə müraciət etmədiyini bildirməsinə baxmayaraq, iki lider arasında ümumiyyətlə danışıq olmayıb.
"Xeyr, olmayıb", - deyə Peskov jurnalistlərin "Liderlər arasında söhbət baş tutubmu?" sualına cavab verib.
Bundan əvvəl ABŞ jurnalistləri Trampdan təyyarə qəzasında rusiyalıların da həlak olması ilə əlaqədar Putinə müraciət edib-etmədiyini soruşmuşdular. Tramp "Xeyr. Bu mövzuda [Putinlə] əlaqə saxlamamışam" cavabını vermişdi. Bu açıqlama bəzi ekspertlər tərəfindən liderlərin digər məsələlərlə bağlı əlaqə saxlamış ola biləcəyi ehtimalı kimi qiymətləndirilmişdi.