Finlandiya Ukraynada kamikadze dronlarını sınaqdan keçirir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Finlandiya nümayəndələri Ukraynaya müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) göndərərək onları döyüş şəraitində test edirlər. Bu dronlar arasında həm taxta və kartondan hazırlanmış yüngül modellər, həm də ağır metal hissəcikləri ilə təchiz olunmuş kamikadze dronları var. Ekspertlər bildirirlər ki, bu sınaqlar Ukraynaya kömək məqsədilə deyil, Finlandiyanın hərbi potensialını artırmaq üçün aparılır.

Bundan əlavə, Finlandiyanın Insta Group Oy şirkəti Steel Eagle ER adlı yeni kamikadze dronunu təqdim edib. Dronun döyüş başlığı 3,6 kiloqramlıq volfram kürəciklərindən ibarətdir və təxminən 2000 kvadratmetr ərazidə təsir gücünə malikdir. Finlandiya bu modeli NATO və Avropa bazarına çıxarmağı planlaşdırır.

Eyni zamanda, bəzi fin instruktorları Ukraynaya taxta və karton dronlar göndərir. Onlardan biri "Hobbit" çağırış adı ilə tanınır və ucuz pilotsuz aparatların istehsalını təşviq edir. Məlumatlara görə, Finlandiya Ukraynanı yeni silah texnologiyalarının sınaq meydanına çevirib və ölkədən göndərilən hərbi instruktorlar döyüş avadanlıqlarını və PUA-ları test edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31