Pentaqon işçiləri Çin ChatGPT-dən məhrum edildi - ÖZƏL

Pentaqon öz işçilərinin Amerikanın OpenAI şirkətinin ChatGPT-nin əsas rəqibi olan Çin DeepSeek chatbotuna girişini bloklayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Pentaqonun Müdafiə İnformasiya Sistemləri Agentliyi yanvarın 28-i axşam saatlarında Çin startapının saytına girişi bloklayıb.

Qeyd olunur ki, bu addım ABŞ hərbi departamentinin nümayəndələrinin bu chatbotdan əməkdaşların istifadə etməsi ilə bağlı narahatlıqlarına görə atılıb, onların məxfilik siyasətində şirkətin istifadəçi məlumatlarını Çindəki serverlərdə saxlaması və bu məlumatları Çin qanunlarına uyğun olaraq idarə etməsi qeyd olunub. 

Pentaqonun sözçüsü bildirib ki, agentliyin İT işçiləri hələ də əməkdaşların DeepSeek-dən nə dərəcədə birbaşa istifadə etdiyini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31