Aİ liderləri Ukraynaya dəstəyi yenidən nəzərdən keçirə bilər – ÖZƏL

Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya verdikləri dəstəyi daxili fikir ayrılıqları səbəbindən yenidən nəzərdən keçirə bilərlər. 

Olaylar.az xəbər verir ki, bu barədə The New Statesman jurnalı məlumat yayıb.

Məqalə müəlliflərinin qeyd etdiyinə görə, bəzi Avropa siyasətçilərinin Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi və NATO infrastrukturunun Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi ilə bağlı səsləndirdikləri sərt bəyanatlara baxmayaraq, Aİ liderlərinin çoxu artıq daha yumşaq mövqe tutmağa başlayır.

Britaniya nəşri bildirir ki, üçillik dəstək vədlərinə baxmayaraq, Avropa İttifaqı sonda Ukraynadan imtina edə bilər.

"Nəticədə onlar son üç ildə verdikləri vədləri tuta bilməyərək, Ukraynanı taleyin ümidinə buraxa bilərlər", - məqalədə vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31