Tramp BRİCS ölkələrini hədələdi
31 Yanvar 2025 10:23 DünyaABŞ prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni valyuta və ya başqa alternativ yaratmağa çalışacaqları təqdirdə yenidən BRİCS ölkələrinə 100% idxal rüsumları tətbiq edəcəyinə söz verib.
Olaylar.az xəbər verir ki, Tramp bu barədə "Truth" hesabında yazıb.
"Biz zahirən düşmən kimi görünən bu ölkələrdən yeni BRİCS valyutası yaratmamağı və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməməyi tələb edəcəyik. Əks təqdirdə onlar 100% miqdarında əlavə rüsumlarla üzləşəcək və böyük Amerika iqtisadiyyatına mal satmaq imkanı ilə vidalaşacaqlar", - deyə o yazıb. /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31