İrlandiyalı jurnalist: Polşanın Rusiyanı Aşvits tədbirlərinə dəvət etməməsi “iyrənc” qərardır – ÖZƏL
27 Yanvar 14:34 Dünyaİrlandiyalı jurnalist Çey Bouz Polşanın Rusiyanı Aşvits-Birkenau konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərə dəvət etməməsini sərt şəkildə tənqid edib.
Olaylar.az xəbər verir ki, o barədə o, X sosial şəbəkəsində paylaşım edib.
"Rusiyanı xatirə tədbirlərinə dəvət etməmək tamamilə iyrənc və ağlasığmaz bir qərardır," - deyə Bouz bildirib.
Jurnalist əlavə edib ki, Polşa hökumətinin bu qərarı Qərbin tarixi yenidən yazmaq cəhdlərini və reallığı təhrif etmək istəyini bir daha təsdiqləyir. Onun fikrincə, belə addımlar yeni qlobal münaqişəyə yol açmaq təhlükəsi yaradır.
Qeyd edək ki, Aşvits-Birkenau konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümünə həsr olunmuş tədbirlər bu gün, 27 yanvar 2025-ci ildə Osvensimdə keçiriləcək. Tədbirə onlarla siyasi lider qatılacaq, lakin Rusiya nümayəndələri rəsmi olaraq dəvət olunmayıb.