Scholz Trampla birlikdə sülhü təşviq etməyə hazır olduğunu bəyan edib - ÖZƏL

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edib və sülhü birlikdə təşviq etməyə hazır olduğunu bəyan edib. 

Olaylar.az xəbər verir ki, mesaj Almaniya Federal Kanslerinin saytında dərc olunub.

"Biz birlikdə azadlığa, sülhə və təhlükəsizliyə həlledici təkan verə bilərik", - mesajda vurğulanır.

Scholz Trampa təbrikində ABŞ və Almaniya arasında uzunmüddətli tərəfdaşlığa diqqət çəkib. Almaniya kansleri həmçinin transatlantik tərəfdaşlığın möhkəmlənməsinə və iki ölkənin birgə rifahına ümid etdiyini bildirib.

Bundan əvvəl Tramp inauqurasiya nitqində özünü sülhməramlı adlandırmışdı. Siyasətçi ikinci prezidentlik dövründə "sülhməramlı və birləşdirici" olmaq niyyətini açıqladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31