Rusiyada qaz hasilatı nəzərəçarpacaq dərəcədə artıb - ÖZƏL

2024-cü ilin sonunda Rusiyada ümumi qaz hasilatının həcmi 2023-cü illə müqayisədə təxminən 7 faiz artaraq 682 milyard kubmetrə çatıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin yanvar hesabatında məlumat verilib.

Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə Rusiya Federasiyasında qaz hasilatı 638 milyard kubmetr həcmində qiymətləndirilir. Belə ki, 12 ayda bu rəqəm 44 milyard və ya 6,9 faiz artıb. Analitiklər müsbət dinamikanın gələn ildə də davam edəcəyini proqnozlaşdırırlar. Ekspertlər 2025-ci ilin yanvar-dekabr aylarında Rusiya Federasiyasında qaz hasilatının ötən ilin səviyyəsi ilə müqayisədə 1,6 faiz artaraq 693 milyard kubmetrə çatacağını gözləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31