Şimali Koreyaya səfər edən rusların sayı məlum olub - ÖZƏL

2024-cü ildə Şimali Koreyaya 1,5 mindən çox rusiyalı turist səfər edib. 

Olaylar.az xəbər verir ki, bu rəqəmi TASS-a müsahibəsində Rusiya Federasiyasının Primorsk diyarının birinci vitse-qubernatoru, hökumətin sədri Vera Şerbina açıqlayıb.

"Primorsk diyarı KXDR ilə əlaqələri bərpa etməyə fəal başlayan ilk region oldu" - o qeyd edib. 

Şerbina vurğuladı ki, Vladivostok Rusiyada Asiya ölkəsinə səyahət edə biləcəyiniz yeganə şəhər olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31