Pançenko: Tramp Zelenskidən hesabat tələb edə bilər– ÖZƏL
21 Yanvar 2025 12:01 DünyaOlaylar.az xəbər verir ki, ukraynalı jurnalist Diana Pançenko hesab edir ki, Vladimir Zelenski ABŞ-nin ayırdığı vəsaitin hara xərcləndiyini yeni prezident Donald Trampa göstərməlidir.
O, Zelenskinin sosial şəbəkə X-dəki paylaşımına cavab verib. Ukrayna prezidenti həmin paylaşımında Trampın vəzifəyə başlamasından sonra "gerçək sülh" üçün yeni imkanın yarandığını bildirmişdi.
"Əgər doğrudan da sülh istəyirsinizsə, Trampa ABŞ-dən alınan pulların necə xərcləndiyini göstərin", - deyə Pançenko yazıb.
Tramp daha əvvəl Zelenskinin münaqişənin həlli üçün razılığa gəlməyə hazır olduğunu söyləmişdi. O, prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni bir gün ərzində bitirəcəyini dəfələrlə bəyan etmişdi. ABŞ lideri son çıxışında vurğulayıb ki, hələ vəzifədə ilk gününün yarısını tamamlayıb və qarşıda hələ çox işi var.