Tramp: NATO müttəfiqləri Ukraynaya daha çox dəstək verməlidir– ÖZƏL
21 Yanvar 2025 11:23 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO-ya üzv ölkələrin Ukraynaya yardımını artırmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu yardım Vaşinqtonun ayırdığı vəsaitlə müqayisə edilə biləcək səviyyədə olmalıdır.
"NATO maliyyələşdirməni artırmalı və bizə çatmalıdır", - deyə Tramp vurğulayıb.
ABŞ lideri qeyd edib ki, Vaşinqton Ukraynaya digər NATO ölkələrindən 200 milyard dollar daha çox maliyyə ayırıb. O, bunu ədalətsiz hesab edir, çünki Ukraynadakı münaqişə Avropa ölkələrinə daha çox təsir göstərir. Tramp həmçinin qeyd edib ki, münaqişənin həlli mümkün qədər tez baş tutmalıdır.
Xatırladaq ki, prezidentlik vəzifəsinə yenidən başlayan Tramp sülh və birlik üçün çalışacağını da açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31