Marsda gizli meqavulkan tapıldı - ÖZƏL
21 Yanvar 2025 11:08 DünyaOlaylar.az xəbər verir ki, Mars səthində uzun illər alimlərin gözündən yayınan nəhəng bir vulkan aşkarlanıb. Onun diametri 4 min kilometrdən çoxdur və nəhəng bir yaylanı xatırladır. Bu qədim "megavulkan" Qırmızı Planetin keçmişini anlamaqda mühüm açar ola bilər.
Alimlər izah edir ki, milyonlarla il davam edən eroziya və toz çöküntüləri vulkanın strukturunu demək olar ki, görünməz edib. Lakin müasir peyk görüntüləri və 3D modelləşdirmə sayəsində onun gizli konturları ortaya çıxıb.
Tədqiqatçılar bu vulkanın milyardlarla il əvvəl aktiv olduğunu, nəhəng miqdarda lava və qaz püskürtdüyünü düşünürlər. Bu proseslər Marsın atmosferinə ciddi təsir etmiş ola bilər. Hətta vulkanın dərinliklərində və ya soyumuş lava axınlarında mikrob həyatının izləri də mövcud ola bilər.
"Belə vulkanlar təkcə geoloji prosesləri öyrənmək üçün deyil, həm də Marsın bir zamanlar yaşamağa yararlı olub-olmadığını anlamaq üçün vacibdir", - alimlər bildirir.
Meqavulkanın kəşfi müxtəlif kosmik missiyalardan, o cümlədən marsoxodlar və orbit peyklərinin məlumatlarının birləşdirilməsi sayəsində mümkün olub. İndi alimlər bu bölgədəki süxurları araşdırmağa yönələcək. Əgər vulkanın aktivliyi və mikrob həyatının mövcudluğu təsdiqlənərsə, bu, Marsın tədqiqində ən mühüm kəşflərdən biri olacaq.