Kosmosda ilk dəfə oksigen əldə edildi
21 Yanvar 2025 10:43 DünyaÇinin idarə olunan "Şencou-19" ("Shenzhou-19") kosmik gəmisinin ekipajı Çin kosmik stansiyasında süni fotosintez təcrübələri uğurla həyata keçirib.
Olaylar.az xəbər evrir ki, "South China Morning Post" nəşri bu təcrübələrin dünyada ilk dəfə reallaşdığını bildirib. Missiya çərçivəsində astronavtlar kosmosda oksigen və raket yanacağı üçün vacib komponentlər istehsal edən süni fotosintez texnologiyasını uğurla sınaqdan keçiriblər.
Bu nailiyyət gələcək uzunmüddətli kosmik missiyalar üçün mühüm addım hesab edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31