Rusiya diplomatından NATO rəhbərinə tənqid– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov NATO-nun yeni baş katibi Mark Rüttenin real siyasətdən uzaq olduğunu bildirib. Onun sözlərinə görə, Yens Stoltenberqin gedişindən sonra alyansın beynəlxalq arenadakı mövqeyinin güclənəcəyi gözlənilsə də, bu baş verməyib.

Ulyanov Rüttenin kifayət qədər siyasi təcrübəyə malik olmadığını vurğulayıb və onu "təcrübəsiz siyasətçi" adlandırıb.

Qeyd edək ki, ötən ilin payızında NATO rəhbərliyi Stoltenberqdən Rütteyə keçib. Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova NATO və Aİ ölkələrinin vətəndaşlarına rus dilini öyrənməyi tövsiyə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31