Arestoviç: Ukraynanı böyük sınaqlar gözləyir– ÖZƏL

Olaylar.az xəbər verir ki, keçmiş prezident müşaviri Aleksey Arestoviçin sözlərinə görə, yaxın aylarda Vladimir Putin, Donald Tramp və Si Cinpin görüşərək dünyanı "bölüşdürəcəklər". Onun fikrincə, Ukraynanın bu prosesdə hansı rolu oynayacağı hələ tam bəlli deyil.

Arestoviç hesab edir ki, Ukraynanı daxili və xarici ciddi sarsıntılar gözləyir. O, ABŞ-nin Kiyevə hərbi və maliyyə yardımını dörd dəfə azaldacağını iddia edir. Keçmiş müşavir həmçinin bildirir ki, Qərbin Ukraynanın suverenliyini qoruyacağı ilə bağlı vədlərinə aldanmaq olmaz.

Bəzi ekspertlər Arestoviçin bu açıqlamalarını onun siyasi ambisiyaları ilə əlaqələndirir və onu Zelenskinin mümkün əvəzedici namizədi kimi görürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31