Türkiyədə oteldə yanğın - Ölən və yaralananlar var

Türkiyədə Bolu Kartalkaya Xizək Mərkəzindəki oteldə gecə saatlarında yanğın baş verib.

Olaylar.az xəbər verir ki, baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Yanğın otelin restoran mərtəbəsində başlayaraq sürətlə bütün binaya yayılıb. İlkin məlumatlara görə, yanğın zamanı 234 qonağın olduğu oteldə iki nəfərin panikada yuxarı mərtəbədən atlayaraq həyatını itirdiyini bildirib.

Yanğınla bağlı çoxsaylı yanğınsöndürən və tibbi briqadalar hadisə yerinə göndərilib, yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.

Hazırda yanğınsöndürmə və xilasetmə əməliyyatları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31