Mirzoyan Paşinyanın dediklərini “tərcümə” etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransında kommunikasiyaların bloklanması halında şəxsi təhlükəsizlik haqqında danışarkən nə demək istədiyi barədə izahat verib.

Olaylar.az musavat.com-a istinadən bildirir ki,  sentyabrın 9-da lüksemburqlu həmkarı ilə birgə mətbuat konfransında nazir əvvəlcə bildirib ki, "müstəqil" ekspertlər bədii ədəbiyyatı reallıq kimi təqdim edirlər.

"Dəhliz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç bir şey müzakirə olunmur. Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirdik. Bizim mövqeyimizdə heç nə dəyişməyib", - Mirzoyan əminliklə bildirib.

XİN başçısına görə, söhbət başqa şeydən gedir. Onun sözlərinə görə, insanlarda təhlükəsizlik hissinin artması və bunun müzakirə olunan variantlardan biri olması üçün iki ölkədə lisenziyası olan müəssisəni cəlb etmək olar - ehtimal ki, Ermənistan və Azərbaycan nəzərdə tutulur - onların işçiləri dəmir yolu əlaqəsi açıldıqda yük və ya sərnişinləri qatarda müşayiət edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31