Fatma Səttarova II Fəxri xiyabanda dəfn olundu

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.

Olaylar bildirir ki, Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.

Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu gün vəfat edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31