Ermənistanda Gürcüstanın yeni səfirlik binasının açılışı oldu
25 Mart 2024 18:24 DünyaErmənistanda səfərdə olan Gürcüstan Baş naziri İrakli Kobaxidze həmkarı Nikol Paşinyanla birlikdə İrəvanda Gürcüstanın yeni səfirlik binasının açılışını edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, Gürcüstan tərəfi digər diplomatik nümayəndəliklərin olduğu şəhərin mərkəzi hissəsində yerləşən binanı 2024-cü ildə alıb. Qeyd olunub ki, bu, Ermənistanda Gürcüstana məxsus olan 15-ci binadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31