Papikyan çıxış etdi, hər kəsin telefonu əlindən alındı
25 Mart 2024 12:38 DünyaErmənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclası keçirilib.
Olaylar xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, iclas iştirakçıları Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin 2023-cü il büdcəsinin icrasına dair hesabatı müzakirə ediblər.
Bildirilib ki, müdafiə naziri Suren Papikyanın çıxışından öncə iclasda iştirak edənlərin telefonları əllərindən alınıb.
"Zəhmət olmasa, bütün telefonları seyfə qoyun ki, düşmənlər görüşümüzü dinləməsin", - müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31