Sevastopola hücum: Rusiyanın daha bir gəmisi vurulub
25 Mart 2024 11:55 DünyaMartın 24-də Sevastopola edilən hücum nəticəsində Rusiyanın daha bir gəmisi vurulub.
Olaylar xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, həmin gecə Sevastopol istiqamətində 18 raket atılıb, onlardan yalnız 11-ni ruslar vura bilib.
Bildirilib ki, "Azov" və "Yamal" böyük desant gəmiləri ilə yanaşı, "İvan Xurs" kəşfiyyat gəmisi də vurulub. Gəmiyə birbaşa iki raket dəyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31