“Terrorçuların məqsədi məhv etmək, bizimki isə...” - Araz Ağalarov
25 Mart 2024 11:11 Dünya"Crocus Group"un prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada bina və tikililərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.
Olaylar xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız isə yaratmaq. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik", - deyə Ağalarov bildirib.
O, vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələrək, ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31