Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulub
19 Mart 2024 12:17 DünyaErmənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının qəbulunu dayandıracaq.
Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb
Bildirilib ki, bu ayın sonundan "Mir" kartları ilə POS-terminallarda nağdsız ödənişlərin qəbulu və bankomatlardan nağd pul çıxarılması əlçatan olmayacaq.
Qeyd olunub ki, "VTB Ermənistan" bankı istisna təşkil edəcək. Belə ki, bu bank "Mir" kartlarına tam həcmdə xidmət göstərməyə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31