Qəzza zolağında 6 həftəlik atəşkəs elan oluna bilər - KİV
19 Mart 2024 12:00 DünyaQətərdə İsrail və HƏMAS arasında Qətər və Misirin vasitəçiliyi ilə danışıqlar prosesi bərpa olunub.
Olaylar xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, tərəflərin mövqeyində kompromis nəzərə çarpır və yaxında razılaşmanın əldə olunacağı gözlənilir.
Qeyd olunub ki, hər iki tərəf müəyyən kompromislərə getməyə hazırdır.
Hazırda aparılan danışıqlar nəticəsində Qəzza zolağında 6 həftəlik atəşkəsin elan olanacağı və HƏMAS tərəfindən 40 israilli girovun İsrail həbsxanalarında saxlanılan fələstinlilər müqabilində azad ediləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31