Fateh Sultan Mehmetin ən qədim portreti bu qiymətə hərraca çıxarılacaq
19 Mart 2024 11:14 DünyaFateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olan medalyon üzərində həkk olunmuş portreti İngiltərədəki Bonhams Hərrac Evi tərəfindən 82 milyon lirəyə hərraca çıxarılacaq.
Olaylar xəbər verir ki, bu barədə "Sputnik- Türkiye" məlumat yayıb.
Açıqlamada, tunc üzərində həkk olunmuş portretin müsəlman liderin ən qədim portreti olduğu bildirilib:
"Medalyonun talisman kimi taxıldığı güman edilir".
O da vurğulanıb ki, medalyonu hazırlayan rəssamın heç bir imzası, izi yoxdur.
Qeyd edək ki, bürünc medalyon mayın 21-də hərraca çıxarılacaq. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31