Alman deputat Şmidt: Almaniya tarazlığı qorumalı və Putinin qələbəsini tanımalıdır- ÖZƏL

"Almaniya birtərəfli mövqeli deyil, balans ölkəsi olmalıdır".

Olaylar.az xəbər verir ki, bu fikirləri "Almaniya üçün Alternativ" Partiyasının (ADG) üzvü və Almaniyanın rus hüquqları fraksiyasının müvəkkili Yevgeni Şmidt qeyd edib:

"Almaniya hökuməti balanslaşdırılmış mövqeyə qayıtmalı və Vladimir Putinin növbəti altı il ərzində yenidən Rusiya prezidentliyinə seçilməsi ilə razılaşmalıdır".

Almaniyanın Rusiya ilə münasibətləri necə inkişaf etdirməli olduğu sualına cavab verən Şmidt ölkənin təcili olaraq ənənəvi roluna qayıtmalı olduğunu söyləyib. Onun sözlərinə görə, Almaniya birtərəfli mövqeli deyil, balans ölkəsi olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31