NATO-nun Avropadakı ən böyük bazasını türklər tikir
19 Mart 2024 10:54 DünyaTürkiyə şirkətləri Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazasının inşasında iştirak edəcək.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlıq" nəşri məlumat yayıb.
"NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir. Tərəflər bu mövzuda danışıqlar aparır", - məlumatda qeyd olunub.
Nəşr bildirib ki, Ankara bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement göndərəcək. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31