“Kölgə adam”ın ölümü təsdiqləndi
19 Mart 2024 10:49 DünyaHƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadasının komandir müavini Mərvan İsanın ölüm xəbəri təsdiqlənib.
Olaylar xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.
"HƏMAS-da üç nömrəli adam olan Mərvan İsa ötən həftə İsrailin keçirdiyi əməliyyatda öldürülüb", - o bildirib.
ABŞ prezidenti və İsrailin baş naziri bir aydan çox müddətdə ilk dəfə bu məsələ ilə bağlı telefon danışığı aparıb.
Qeyd edək ki, "Kölgə adam" ləqəbli Mərvan İsa oktyabrın 7-də İsrailə hücumu planlaşdıran və HƏMAS-ın hərbi əməliyyatlarına rəhbərlik edən üç yüksək səviyyəli HƏMAS liderindən biri olub. "Röyters" onun ölümü barədə məlumatı 12 martda yaysa da, rəsmilər araşdırma aparıldığını bildirmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31