Güneylilər Cenevrədə aksiya keçirdi
19 Mart 2024 10:44 DünyaMartın 18-də BMT-nin İnsan Haqları Şurasının Cenevrədəki qərargahı qarşısında bir qrup Güney azərbaycanlı hüquq müdafiəçisi aksiya keçirib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti - ƏRK məlumat yayıb.
Aksiyada İran hökumətinin repressiyalarına etiraz edilib, Güney Azərbaycanda həbs olunan milli-mədəni fəalların azadlığı istənilib.
Qeyd edək ki, aksiya BMT İnsan Haqları Şurasının İranla bağlı Faktaraşdırıcı Komitəsinin iclasından sonra baş tutub.
İclasda İran hökumətinin etirazçılara qarşı repressiyalarının bir sıra hallarda bəşəriyyətə qarşı cinayət səviyyəsinə çatdığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31