Beynəlxalq qalmaqal - İsveçli aparıcı ukraynalı qadınları təhqir etdi
19 Mart 2024 10:28 Dünyaİsveçdə ərəb əsilli jurnalist Elaf Əli SVT milli kanalında əyləncə proqramının yayımı zamanı ukraynalı qadınları fahişə adlandırıb. Ukraynanın İsveçdəki səfirliyi aparıcıdan üzr istəməsini tələb edir.
Olaylar.az xəbər verir ki, Ukraynanın İsveçdəki səfirliyi jurnalisti ukraynalı qadınlardan açıq şəkildə üzr istəməyə çağırsa da, jurnalist üzr istəmək üçün səbəb olmadığını bildirib.
"Hamısı sarışın və mavi gözlüdürlər, ona görə də fahişəxanalardan başqa onların varlığını heç yerdə hiss etmirsən"-deyə jurnalist verilişdə bildirib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31