Bakıda keçirilən beynəlxalq tədbirlər dünyanın diqqətini cəlb edir- ÖZƏL
19 Mart 2024 10:12 Dünya"Azərbaycanda 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı forumlarının bu dəfə on birincisi keçirildi. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak etdi. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirdilər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş oldu: "Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir. Azərbaycanın beynəlxalq imicini və sülhsevərliyini bir daha açıq-aydın göstərir. Bu gün Azərbaycan müxtəlif beynəlxalq əhəmiyyətli dövlətləri özündə cəmləşdirən, ölkələri narahat edən məsələlərlə bağlı forumların, konfransların keçirildiyi mühüm bir mərkəzə çevrilib. Bakıda beynəlxalq tədbirlər dünyanın diqqətini özünə cəlb edir. XI Qlobal Bakı Forumu da çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir".